Bosniya və Herseqovinada "Jelezniçar" - "Neftçi" matçına böyük maraq - FOTOLAR

13:18 - 24 İyul 2023

Konfrans Liqasının birinci təsnifat mərhələsində "Dinamo"(Minsk) səddini keçən "Jelezniçar"ın növbəti rəqibi "Neftçi" olacaq.

Sportal.az xəbər verir ki, tərəflər arasında ilk görüş Sarayevoda keçiriləcək. Bosniya və Herseqovinanın paytaxtında bu görüşə maraq olduqca yüksəkdir.

Biletlər satışa çıxarıldığı gündən yerli əhali matçı canlı izləmək üçün stadionun qarşısına yığılır. "Neftçi" ilə matçın biletləri "Qrbaviça" stadionun kasslarında satılır. 13146 nəfər tutuma malik stadionun "Jelezniçar" - "Neftçi" görüşündə tam olaraq dolacağı ehtimal edilir.

Xatırladaq ki, “Jelezniçar”la “Neftçi” arasında ilk oyun iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da olacaq.

Mirbağırağa

 

Xəbər xətti