Bu gün Nyonda (İsveçrə) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun da potensial rəqibi bəlli olub.
Zaqreb təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Astana” (Qazaxıstan) üzərində qələbə qazanacağı təqdirdə 3-cü turda AEK-lə (Yunanıstan) qarşılaşacaq.
Məğlub olacağı təqdirdə isə "Dinamo" Avropa Liqasının 3-cü təsnifat mərhələsində Avropa yolunu davam etdirəcək.
saytlarin hazirlanmasi