Ötən mövsümü İspaniyada aşağı liqasında yarışan “Moralo” və “Marina de Luanko” klublarında keçirmiş Nazim Məmmədzadə Azərbaycana qayıdıb. "Səbail"in əsas komandasında baxışda olan yarımmüdafiəçi Şahin Diniyevin etimadını qazana bilməmişdi.
Buna baxmayaraq, o, özünə komanda tapa bilib. Sportal.az saytına verilən məlumata görə, Məmmədzadə “İrəvan”la anlaşıb. Yeni mövsüm birinci divizionda iştirak edəcək adıçəkilən klub Nazimlə bir illik müqaviləyə qol çəkib.
saytlarin hazirlanmasi