"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Heybyerq karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, danimarkalı "Atletiko"ya keçəcək.
Yarımmüdafiəçi Madrid klubu ilə şəxsi müqavilə imzalayıb.
27 yaşlı futbolçu “Tottenhem”ə qədər “Bavariya”, “Auqsburq”, “Şalke”, “Sauthempton” klublarında oynayıb.