"Neftçi"nin yeni prezidentinin adı açıqlandı - RƏSMİ

14:50 - 24 İyul 2023

"Neftçi"nin yeni prezidentinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu vəzifə Fərrux Mahmudova həvalə edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, eyni zaman baş icraçı direktor vəzifəsini də yerinə yetirəcək. 

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. 

Xəbər xətti