"Sabah"dan ayrılan Abdulaye Ba sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, seneqallı futbolçu Masazır klubundan ayrılığı haqda yazıb, sabiq komandasındakı insanlara təşəkkürünü bildirib:
"Məni müşayiət edən, dəyər verən, yaxşı-pis günümdə məni başa düşən hər bir həmkarıma, gündəlik həyatı və məşqi mənimlə bölüşən məşqçilərə, heyətimizə, klub işçilərinə təşəkkürümü bildirirəm. Klubda işləyən, hər həftə sonu kameralara görünməyən hər kəsə minnətdaram.
Masazırda meydana çıxdığım ilk gündən mənə dəstək, hörmət və sevgi göstərən tərəfdarları unutmayacam. Arzum hamı ilə meydanda vidalaşmaq idi. Amma məqsədimə çatdığımı və son günə qədər əlimdən gələni etdiyimi hiss edərək ayrılıram. Bu 10 ayı yadımda saxlayacam. Niyə? Çünki 32 yaşım olsa da, mən hələ də öyrənirəm və sizinlə çox şey öyrənmişəm. Hamını qucaqlayıram, xatirələri ürəyimdə daşıyacağam.Təşəkkürlər! Ən yaxşısını sizin üçün arzu edirəm".
saytlarin hazirlanmasi