"Neftçi" bu mərhələni adlayacaq, "Sabah" üçün asan olmayacaq"

13:16 - 25 İyul 2023

Azərbaycanlı futbol mütəxəssisi Təbriz Həsənov Sportal.az saytına açıqlama verib. O, bu həftə Konfrans Liqasındakı çıxışına başlayacaq klublarımız haqda fikirlərini bildirib. Həsənov "Neftçi", "Qəbələ" və "Sabah"ın növbəti mərhələyə adlamaq şanaslarını bu cür dəyərləndirib:

"Əvvəla klublarımızın hamısına uğurlar arzulayıram. Yəqin ki, "Neftçi"nin məşqçilər korpusu "Jelezniçar"ın Bakıdakı oyununu izləyiblər, təhlil ediblər. Əslində, cütün güclüsü "Neftçi"dir. Doğrudur, asan olmayacağı dəqiqdir. Lakin mənə elə gəlir ki, "Neftçi" bu mərhələni adlayacaq. 

"Qəbələ"nin "Omoniya" ilə oyunu bir az çətin olacaq. Komandamız evdə maksimum nəticə əldə etməlidir. Hər halda, biz həmişə Kiprdəki matçların çətin keçdiyini görmüşük. Lakin çətin olsa da, "Qəbələ" "Omoniya"nı keçəcək gücə sahibdir".

Həsənovun fikrincə, KL-dəki digər təmsilçimiz olan "Sabah" avrokuboklarda debüt etsə də, uğur qazana bilər: "RFS Latviyanın ən yaxşı klublarındandır. Hətta ötən mövsüm Konfras Liqasının qruplarına qədər gedib çıxmışdılar. Bu, onların ciddi və güclü klub olmasından xəbər verir. "Sabah" üçün asan olmayacaq. Murad Musayevin avrokuboklar təcrübəsi var. "Sabah"ın heyəti də bir az daha güclənib. Məncə, mərhələni adlayan tərəf "Sabah" ola bilər. Avrokuboklarda asan oyun yoxdur. Hər bir komandamız üçün çətin alınacaq. Ümidvaram ki, qarşıdakı mərhələyə adlayanlar bizim komandalar olacaq".

Mirbağırağa

Xəbər xətti