Edin Dzekonun meneceri: "Neftçi" və "Jelezniçar" eyni şansa sahibdir"

14:21 - 25 İyul 2023

Azərbaycanda legioner həyatı yaşamış bosniyalılardan olan Eldin Adiloviç Sportal.az saytına açıqlama verib. Hazırda "Fənərbaxça"da çıxış edən Edin Dzekonun agentlərindən biri olan Eldin Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" və "Jelezniçar" klubları arasındakı keçiriləcək matç haqda fikirlərini söyləyib. O, cütün şanslarını dəyərləndirərkən, "Neftçi" haqda da danışıb:

"Jelezniçar" Bosniya və Herseqovinanın ən böyük komandasıdır. Hazırda klubun durumu o qədər də yaxşı deyil. Çox sıxıntılardan keçiblər, indi də dvam edirş Amma azarkeşlər hər oyunda əla atmosfer yaradır. "Neftçi" ilə matçda da stadion tam dolacaq. Hansı komandanın şanslı olduğuna gəlincə, çətin oyun olacağı dəqiqdir. Fikrimcə, şanslar 50/50-dir. Hər iki komanda eyni şansa sahibdir. "Neftçi"nin "Fənərbaxça" ilə oyununu izlədim. Bilirsiz, Edin Dzeko "Fənərbaxça"ya keçib. Elə "Neftçi" ilə matçda qolu da o vurdu. Yəni, "Neftçi"ni bu görüşdə izlədim. Fikrimcə, həm Sarayevo, həm də Bakıda iki çətin matç izləyəcəyik. Necə olacağını meydanda görəcəyik".

37 yaşlı veteran futbolçu karyerası ərzində “Çelik”, “Muğan”, “Samsunspor”, “Kayseri Erciyesspor”, Şanlıurfaspor” kimi klublarda oynayıb. O, 2011-2013-cü illərdə isə “Jelezniçar”ın heyətində 64 matça 40 qol vurub.

Mirbağırağa

Xəbər xətti