"Sabah" növbəti transferi həyata keçirməyi planlaşdırır.
Sportal.az "Bolasport"a istinadən xəbər verir ki, Masazır klubunun istədiyi futbolçu Sendi Uolşadır.
Hazırda "Sabah" "Mexelen"in 28 yaşlı futbolçusu ilə danışıq aparır. İndoneziya mətbuatının iddiasına görə, Premyer Liqa təmsilçisi İndoneziya millisinin futbolçusu üçün 700 min avro (təxminən 1 milyon 300 min manat) ödəməyə hazırdır.
Uolşun "Mexelen"lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
28 yaşlı futbolçu “Genk”, “Zulte-Varegem”də oynadıqdan sonra 2020-ci ildə “Mexelen”ə keçib.
saytlarin hazirlanmasi