"Qəbələ" ilə oyunlar çətin olsa da, "Omoniya" növbəti mərhələyə adlayacaq"

11:30 - 25 İyul 2023

"Omoniya"nın sabiq futbolçusu Andreas Yatrou Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, "24sports"a açıqlama verən kiprli Nikosiya klubunun növbəti mərhələyə adlayacağına inandığını söyləyib:

"Cümə axşamı günü keçiriləcək oyun çox vacibdir. Belə qarşıdurmalarda ilk oyundan sonrakı əhval-ruhiyyə ondan asılı olduğundan cavab görüşlərini evdə keçirmək daha yaxşıdır. Düşünürəm ki, ikinci matç evdə, tam stadionla olacağı üçün komandamızın üstünlüyü var. “Qəbələ” ilə oyunlar nə qədər çətin və ya asan olsa da, “Omoniya” növbəti mərhələyə adlayacaq. Çünki bizim futbol Azərbaycan futbolundan daha yüksək səviyyədədir".

"Qəbələ" - "Omoniya" matçları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Xəbər xətti