"Qarabağ"ın braziliyalı vingeri Juninyonun debütü bu həftə də baş tutmayacaq.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Rakov”la keçiriləcək ilk oyunda iştirak edə bilməyəcək.
Juninyo Çempionlar Liqasının birinci təsnifat mərhələsinin Cəbəllütariqin "Linkoln" klubu ilə Bakıdakı cavab oyunundan əvvəl zədələnib.
Onun “Rakuv”la cavab görüşündə oynayıb-oynamaması da sual altındadır.
Qeyd edək ki, "Qarabağ"ın "Rakov"la ilk görüşü iyulun 26-da, cavab matçı isə avqustun 2-də baş tutacaq.
saytlarin hazirlanmasi