Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Jelezniçar" - "Neftçi" oyununda anşlaq olacaq.
Sportal.az xəbər verir ki, 13 min tamaşaçı tutumuna malik “Qrbaviça” stadionunun tam dolacağı gözlənilir.
Məsələ burasındadır ki, oyuna iki gün qalmasına baxmayaraq artıq bütün biletlər satılıb.
"Jelezniçar" - "Neftçi" matçı iyulun 27-də Sarayevodakı "Qrbaviça" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi