Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Rakuv"un qonağı olacaq. Ağdam klubunun mərhələ adlayacağı təqdirdə, potensial rəqibləri olan "Aris"lə BATE isə Kiprdə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
21:00 "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)
21:00 "Aris" (Kipr) - BATE (Belarus)
22:15 "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
22:45 "Ludoqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)
22:45 "Klaskvik" (Farer adaları) - "Haken" (İsveç)