Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.
Yığmamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.
saytlarin hazirlanmasi