"Rakuv"un forvardı: "Çempionlar Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq"

12:17 - 26 İyul 2023

"Rakuv"un hücumçusu Lukaş Zvolinski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Polşanın “Sport” portalına danışan forvard Ağdam klubu ilə görüşə uğurlu nəticə üçün çıxacaqlarını bildirib:

"Rakuv" "Qarabağ"ın qələbə seriyasına son verə biləcəkmi? Niyə də yox. Əvvəlki illərdə baş verənlər keçmişdə qalıb. Səbirsizliklə oyunu gözləyirik və meydana qələbə üçün çıxacağıq. Evdə, yoxsa səfərdə daha asan olacağı haqda özümə sual vermirəm. Hakimin start fiti ilə həm biz, həm də “Qarabağ” oyuna 0:0 hesabı ilə başlayacaq. Tələbkar rəqibə qarşı oynayacağıq, amma məqsədimiz irəliləməkdir.“Qarabağ” üzərində qələbə qazanacağımız halda Konfrans Liqasının qrup mərhələsini təmin etməyi düşünürəmmi? Qətiyyən. Biz Çempionlar Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq. Bu turnirdə mümkün qədər uzun müddət oynamaq, yeni tarix yazmaq, Polşanı beynəlxalq arenada layiqincə təmsil etmək istəyirik. Bir neçə həftədən sonra nə baş verə biləcəyini düşünmürük".

Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Xəbər xətti