"Kəpəz"in Bakı toplanışı başa çatdı

14:17 - 26 İyul 2023

"Kəpəz"in Bakıda keçirdiyi təlim-məşq toplanışı başa çatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gündə iki dəfə məşq edən "sarı-göylər" fiziki və texniki-taktiki çalışmalara diqqət ayırıblar.

Komanda üzvləri iki günlük istirahətə buraxılıblar.

Məşqlər iyulun 28-də Gəncədə bərpa olunacaq. İyulun 30-da Azər Məmmədovun yetirmələri əvəzedicilər ilə qarşılaşacaqlar.

Xəbər xətti