“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS + MX Liqa Kubokunun 2-ci turunun “Atlanta Yunayted”lə görüşündə dubl edib və məhsuldar ötürmə ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, matç Messi üçün yaddaqalan alınıb.
Belə ki, argentinalı dubl edərək karyerası ərzində 100 fərqli kluba qol vurmuş olub.
Argentinalı futbolçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə edib.
36 yaşlı futbolçunun "İnter Mayami" ilə müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatacaq.
saytlarin hazirlanmasi