Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Taylandın “Buriram Yunayted” klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Şeydayevin komandası Honq Konqun “Barselona”sı adlandırılan “Kitçi”ni məğlub edib (3:2). Şeydayev start heyətində meydana çıxıb və ilk qolun ötürməsini verib.Xatırladaq ki, Şeydayev “Buriram Yunayted”dəki debütünü “Utai Tani” ilə görüşdə (2:1) etmişdi.
saytlarin hazirlanmasi