"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün "Omoniya"ya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Futebol Latino"ya danışan legioner yayda "Qəbələ"yə keçməsini də şərh edib:
"Biz "Omoniya"ya qarşı oyuna hazırıq. Növbəti mərhələ uğrunda mübarizə apardığımız üçün şadıq. Bizim çox güclü potensiala malik komandamız var. Yoldaşlıq görüşlərində planlarımızı çox yaxşı reallaşdıra bildik. Biz addım-addım irəliləyəcəyik. “Qəbələ”də oynamaq fürsətindən istifadə etməyimdən şadam, seçimimdən də razıyam".
saytlarin hazirlanmasi