Cənubi Koreyanın "Tecon Xana Sitizen" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk "Atletiko"ya (Madrid) qol vurub.
Sportal.az xəbər verir ki, müdafiəçi Cənubi Koreya Liqasının ulduzlarından ibarət komandanın heyətində 46-cı dəqiqədə meydana çıxıb.
O, 50-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Matç K Liqasının ulduzlarının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi