"Milan" heyətini nigeriyalı futbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “rossonyerlər” “Vilyarreal”ın hücumameyilli yarımmüdafiəçisi Samuel Çukvueze ilə anlaşıb.
24 yaşlı nigeriyalı 5 illik müqavilə imzalayıb.
Yeni transfer İtaliya klubunun heyətində 21 nömrəli formanı geyinəcək.Transferin məbləği və futbolçunun maaşı açıqlanmayıb.
saytlarin hazirlanmasi