Azərbaycan millisinin üzvü Ozancan Kökçü karyerasını Premyer Liqamızda davam etdirmək şansına sahibdir.
Sportal.az saytına verilən məlumata görə, Niderlandın aşağı liqa təmsilçisi olan "Eyndhoven"də çıxış edən Kökçüyə Azərbaycan çempionatında oynayan komandalardan təklif var.
Həmin komandalardan biri "Zirə"dir. Belə ki, yeni mövsüm üçün yenə iddialı kollektiv formalaşdırmaq istəyən qəsəbə təmsilçisi Kökçünü komandaya cəlb etmək üçün çalışacaq.
Yarımmüdafiəçinin "Eyndhoven"lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi