"Rakuv"un kapitanı: "Qarabağ"ın vurduğu ikinci qol məni əsəbləşdirdi"

12:22 - 28 İyul 2023

"Rakuva"un kapitanı Zoran Arseniç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Sportal.az xəbər verir ki, "Dziennik"ə danışan xorvatiyalı cavab görüşünün daha çətin olacağını bildirib:

"Qarabağ"ın ilk qolunun qarşısını almaq çətin oldu. Onların hücumçusu yaxşı zərbə vurdu ki, bu da rəqibin səviyyəsindən xəbər verir. İkinci top isə fərdi səhv idi. Daha diqqətli oynaya bilərdik. "Qarabağ"ın vurduğu ikinci qol məni əsəbləşdirdi. Çətin anlar oldu, amma bacardıq və qələbə qolunu vurduq. Cavab oyununda “Qarabağ” daha aqressiv çıxış edəcək. Bizi çətin oyun gözləyir və buna hazır olmalıyıq. Çempionlar Liqasında daha da irəli getmək istəyərdik".

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər xətti