"Qəbələ"nin futbolçusu Omar Hanni sosial şəbəkədə paylaşıb.
Sportal.az xəbər verir ki, iordaniyalı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Omoniya" (2:3) ilə görüşü ilə bağlı bunları qeyd edib:
"Əla oyun oldu. Biz daha çoxuna layiq idik. Ümidvaram ki, Kiprdəki matçda nəsə edə biləcəyik".
“Omoniya” – “Qəbələ” görüşü avqustun 3-də Nikosiyadakı GSP stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi