Saldanya: "Neftçi" azarkeşləri başa düşsünlər ki, mən həmişə klub üçün əlimdən gələni etmişəm"

14:29 - 28 İyul 2023

"Neftçi"dən ayrılaraq "Partizan"a keçən Mateus Saldanya sosial şəbəkə hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu bunları yazıb:

"Neftçi"yə yaşanan anlara, bütün futbolçulara və heyətə görə minnətdarlığımı bildirirəm. Hər vidanın münaqişələri olur. Amma mənim prioritetim ailəm və peşəkarlığımın yaxşılığı olacaq. İstəyirəm bütün “Neftçi” azarkeşləri başa düşsünlər ki, mən həmişə klub üçün əlimdən gələni etmişəm. Mövsümün sizin üçün yaxşı alınmasını arzulayıram. Minnətdaram".

Qeyd edək ki, Saldanya Yaponiyanın "Ceff Yunayted" klubuna məxsus olsa da, qışa qədər "Neftçi" ilə icarə müqaviləsi var idi. 

Xəbər xətti