PSJ rəhbərliyi Markinyosla yollarını ayırmaq istəyir.
Sportal.az "Spors Zone" portalına istinadən xəbər verir ki, buna səbəb braziliyalının Kilian Mbappeni dəstəklədiyi sözlərindən ibarətdir.
Paris klubunun rəhbərliyi Markinyosun bu dəstəyini bəyənməyib və ondan narazı qalıb. Amma klub futbolçunu transferə çıxarmayacaq.
Sadəcə olaraq, Markinyosa görə sərfəli təklif gələcəyi təqdirdə getməsinə mane olmayacaqlar. Markinyos “Fənərbaxça” və “Qalatasaray”ın transfer siyahısındadır.
Xatırladaq ki, bir neçə gün əvvəl Kilian Mbappe klub rəhbərliyini tənqid edərək, rahat futbol oynamaq imkanı yaratmadıqlarını bildirmişdi.