"Qarabağ"ın legioneri bir ay oynamayacaq

12:14 - 29 İyul 2023

"Qarabağ" Marko Veşoviçin xidmətindən bir müddət istifadə edə bilməyəcək.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Rakuv"a qarşı ilk oyundan bir gün öncə keçirilən məşqdə zədələnmiş monteneqrolu MRT müayinəsindən keçib.

Sportal.az saytına verilən məlumata görə, Veşoviç bir ay məşqlərdə iştirak etməyəcək. Futbolçunun zədəsi arxa əzələsi ilə bağlıdır. Həkim nəzarətində olacaq müdafiəçi bir aydan ərzində zədəsinin sağaldarsa, məşqlərini bərpa edəcək.

Xəbər xətti