"Vulverhempton"un müdafiəçisi Rayan Cayls "Luton Taun"a keçib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasına yeni yüksələn klub futbolçu ilə müqavilə şərtlərini açıqlamayıb.
23 yaşlı futbolçunun dəyəri "transfermarkt"da 9 milyon avro dəyərləndirilir.
O, əvvəllər “Midlsbro”, “Blekbern”, “Kardiff”, “Roterhem”, “Koventri” və “Şrusberi”də icarə əsasında çıxış edib. Maraqlı orasındadır ki, 2018-ci ildən “Vulverhempton”un əsas komandasının üzvü olmuş 23 yaşlı müdafiəçi rəsmi matçda debüt etməmişdi.