“Valfdhof Manheym”dən ayrılan Barış Ekincier Türkiyədə oynayacaq.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu “Şanlıurfaspor”la anlaşıb. O, bu klubla iki illik müqaviləyə qol çəkib. “Bohum”, “Austria Klagenfurt” klublarında da oynamış Barış “Zirə”nin maraq dairəsində olsa da, Almaniyada qalmağa üstünlük vermişdi.
O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. Qeyd edək ki, ötən mövsüm ikinci liqada mübarizə aparmış "Şanlıurfaspor" yeni sezondan birinci liqada iştirak edəcək.
saytlarin hazirlanmasi