"Səbail"in yay transferlərindən sonuncusu Adi Mehremiç oldu. 31 yaşlı futbolçu Bayıl klubuna keçməmişdən əvvəl son olaraq "İstanbulspor"un formasını geyinib.
Sportal.az saytına verilən məlumata görə, bosniyalı müdafiəçi bundan əvvəl də Azərbaycana gəlməyə yaxın olub. Belə ki, saytımıza verilən məlumata görə, Mehremiç qış “transfer pəncərəsi” “Neftçi”yə keçə bilərmiş. Lakin onun Bakı klubuna transferi baş tutmayıb və "İstanbulspor"da qalmağa üstünlük verib.
O, İstanbul təmsilçisinin heyətində ötən mövsüm Superliqada 15 oyunda meydana çıxıb və bir qol vurub. Adi karyerası ərzində “Velej Mostar”, “Olimpik”(Sarayevo), “Rujomberok”, “Seniça”, “Jelezniçar”, “Karpatı”(Lvov), “Aveş”, “Visla”(Krakov), “Makkabi Petah-Tikva” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi