"Qalatasaray" növbəti transferə hazırlaşır.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Tanqi Ndombele ilə danışıq aparır.
“Cim-bom” transferə görə 8 milyon avro ödəməyə hazırdır. Bunun üçün də “Tottenhem”ə rəsmi təklif göndərilib.
Lakin 8 milyon məbləğ dərhal yox, dörd il ərzində ödəniləcək. 26 yaşlı futbolçu Fransa millisinin üzvüdür. O, “Amyen”, “Lion”, “Napoli” klublarında forma geyinib.
saytlarin hazirlanmasi