Tennis üzrə Azərbaycan milli komandası 10 ildən sonra növbəti uğurunu qazanıb.
Sportal.az xəbər verir ki, “Deyvis Kuboku”nda dördüncü liqada iştirak edən tennisçilərimiz iştirak etdiyi turniri qalib başa vuraraq növbəti ildən üçüncü liqada oynamağa haqq qazanıb.
Yığmamız iyulun 26-dan 29-na qədər Monteneqroda keçirilən və Kosovo, İslandiya, Albaniya ilə yer aldığı qrupda hamıdan güclü olub. Yarımfinalda isə İslandiyanı üstələyən idmançılarımız həlledici görüş üçün Ermənistanla oyuna çıxıb. Millimizin heyətində "bir nömrəli" raketka ustası Kənan Qasımov və "iki nömrəli" idmançımız Səfər Rəsulov ermənilərlə dueldən qalib ayrılıb. Belədə, millimiz rəqibinə 2:0 qalib gələrək turnirin qızıl medallarına yiyələnib. Qeyd edək ki, millimizin heyətində yer alan daha bir idmançısı Elvin Həşimov olub.
Ermənistan millisi finaldan sonra keçirilən təltifetmə mərasimində iştirak etməyib. Ona görə də, təşkilatçılar üçüncü yeri tutan Kosovo və qızıl medalların sahibi Azərbaycan millisini mükafatlandırıb.
Xatırladaq ki, 10 il əvvəl də yığmamız dördüncü liqadan üçüncü liqaya yüksəlmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi