Millinin eks müdafiəçisi karyerasını başa vurdu

16:46 - 29 İyul 2023

Uruqva millisinin sabiq üzvü Dieqo Qodin aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı son olaraq Argentinanın "Velez Sarsfild" klubunda çıxış etmişdi.

37 yaşlı futbolçu karyerası ərzində “Vilyarreal”, “Atletiko”, “İnter”, “Kalyari”, "Atletiko Mineyro" klublarında oynayıb.

Ona Avropanın bir neçə klubundan təklif olsa da, məşqçilik etmək qərarına gəlib.

Xəbər xətti