"Zenit" və "Porto"nun keçmiş baş məşqçisi Andre Villaş-Boaş etiraf edib ki, hazırda Braziliyada "Atletiko Mineyro"da çıxış edən hücumçu Hulk onun məşqçilik karyerasında ən vacib oyunçu olub.
Sportal.az xəbər verir ki, "Kolos" adlı yutub kanalına danışan portuqaliyalı braziliyalı haqda bunları deyib:
"Yəqin ki, Halk karyeramın ən vacib oyunçusudur. Çünki o, üç klubda futbolçum olub. Onunla bir çox titullar qazanmışıq. Halkla bağlı xatirələrim vurduğu qollarla bağlıdır. Xüsusi qollar vururdu. O, çox güclü oyunçu və inanılmaz şəxsiyyətdir. İndi Braziliyada oynayır. Karyerasını başa vurmaq haqda düşünür. Mən onu həmişə çalışdırdığım futbolçular arasında ən yaxşısı hesab etmişəm. Onunla bağlı çox gözəl xatirələrim var".
Villaş Boaş Halkla "Porto", "Zenit" və "Şanxay"da işləyib. Son olaraq “Marsel”i çalışdırmış portuqaliyalı mütəxəssis “Çelsi”nin də baş məşqçisi olub.
saytlarin hazirlanmasi