"Fənərbaxça" "Zenit"dən oyunçu transfer etməyə hazırlaşır.
Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Nuralı Alip üçün Sankt-Peterburq klubu ilə danışıq aparır.
Artıq “Fənərbaxça” futbolçunun transferi üçün ilk təklifi irəli sürüb. Rusiya çempionu müdafiəçisi üçün 5 milyon avro tələb edir. İstanbullular isə qazaxıstanlı futbolçu üçün 2,5-3 milyon avro ödəmək niyyətindədir.
Əslində, “Beşiktaş” da Alip üçün danışıq aparıb. Sadəcə onlar futbolçunun transfer qiymətini öyrəndikdən sonra ondan vaz keçib. 23 yaşlı Alip bu mövsüm "Zenit"in heyətində 1 oyun keçirib.
saytlarin hazirlanmasi