"Neftçi" növbəti transferi həyata keçirməyə hazırlaşır.
Sportal.az "Neftchi Baku Fan Page" feysbuk səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Paraqvay millisinin üzvü, "Toluka"ya məxsus olan Brayan Samudionu heyətinə qatmaq üçün çalışır.
Paraqvay millisində də oynamış 27 oyunçu üçün klubu ilə danışıqlar gedir. Təcrübəli oyunçu ya birdəfəlik, ya da icarə əsasında paytaxt təmsilçisinin formasını geyinəcək.
Paraqvaylı futbolçu “Quarani”, “Rizəspor”, “Serro Porteno”da oynayıb.
saytlarin hazirlanmasi