Bakıda gənclər arasında basketbol üzrə Avropa çempionatının (U-18) C divizionunun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığması A qrupunda ilk oyununu dünən Maltaya qarşı keçirib. Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv rəqibinə qalib gəlməyi bacarıb.
Malta- Azərbaycan 54:73 (15:19, 15:15, 18:16, 6:23)
Millimiz növbəti görüşünü iyulun 31-də Kiprə, avqustun 3-də isə Moldovaya qarşı keçirəcək.
saytlarin hazirlanmasi