Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandası ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Səudiyyə Ərəbistanı komandası yekunda 5:4 hesabı ilə qələbə qazanıb.
Comərd Baxşəliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Bayram Paşazadə və Fuad Hüseynov vurub.
saytlarin hazirlanmasi