Xorvatiyada ölkə çempionatının 2-ci turunun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) səfərdə “İstra” ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli start heyətində meydana çıxıb. Matçın 6-cı dəqiqəsində məhsuldar ötürmə edən Mahir 57-ci dəqiqədə qol vurub. O, 88-ci dəqiqədə əvəzlənib.
Hazırda aktivində 3 xalı olan "Dinamo" 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi