Polşa millisinin sabiq yarımmüdafiəçisi Kamil Kosovski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və “Rakuv” klubları arasında Bakıda keçiriləcək cavab oyunundan (ilk oyun - 2:3) gözləntilərini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Sportowefakty" portalına açıqlama verən Kosovski "Qarabağ"ın favorit olduğunu bildirib:
"İlk oyunda məğlub olmasına baxmayaraq, “Qarabağ” mənim üçün yenə favoritdir. Bəli, evdəki qələbədən sonra “Rakuv”un şansları da yaxşı görünür. Amma ötən mövsüm “Lex” öz meydanında da qalib gəlsə də, cavab görüşündə “Qarabağ”a 1:5 hesabı ilə uduzmuşdu. “Rakuv” çox səliqəli oynadı, lakin iki qol buraxdı, azərbaycanlılara bir neçə təhlükəli hücumlar etmək imkanı verdi. İlk görüşün nəticəsindən asılı olmayaraq, ab-hava, eləcə də Azərbaycan klubunun özünəinamı onu deməyə əsas verir ki, Qurban Qurbanovun kollektivi favoritdir və revanş ala bilərlər. İstənilən halda, ilk oyuna arxalanaraq, Bakıya böyük nikbinliklə uçmaq mümkündür. “Qarabağ”ın Polşa çempionundan daha çox çatışmazlıqları var. Komandanın ən zəif nöqtəsi qapı xəttidir. Onların qapıçısı ilk oyunda böyük səhvlərə yol verdi".
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü avqustun 2-də keçiriləcək və Bakı vaxtı ilə 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi