Yığmamızın sabiq üzvü icarəyə yollandığı klubdan ayrıldı, yeni komandası bəlli oldu

12:23 - 31 İyul 2023

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Emre Kaplan Türkiyədə komandasını dəyişib. 

Sportal.az xəbər verir ki, gənc futbolçu "Ümraniyespor"a keçib.

"Başakşəhər" onu adıçəkilən kluba icarəyə göndərib. Halbuki, 22 yaşlı futbolçu bir neçə gün əvvəl "Bandırmaspor"a icarəyə verilmişdi. Lakin Kaplan bu komandada qalmaq istəməyib. Kaplan U-19 və U-21 yığmamızda oynadıqdan sonra Türkiyənin U-21 yığmasında yana seçib etmişdi.

Xəbər xətti