"Neftçi"nin baş məşqçisi Adrian Mutunun iş ofisi müəyyənləşib.
Sportal.az saytına verilən məlumata əsasən rumıniyalı mütəxəssisin iş ofisi komandanın da məşqlərini keçirdiyi Bakı Olimpiya Stadionunda yerləşəcək.
“Ağ-qaralar”la 2 illik müqavilə imzalayan 44 yaşlı baş məşqçi gündəlik BOS-a gedib-gələcək. “Neftçi” Azərbaycan Premyer Liqası və Avropa Konfrans Liqası çərçivəsində ev oyunlarını isə “8-ci km stadionu”nda keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisinə rəhbərlik etdiyi dönəmdə Qurban Qurbanovun da ofisi məhz BOS-da yerləşib.
saytlarin hazirlanmasi