"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq bir çox futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarı verməsi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, "BBC"ə danışan niderlandlı mütəxəssisin fikrincə, Səudiyyə Ərəbistanı Liqası İngiltərə çempionatı ilə müqayisə olunacaq gücdə deyil:
"Onlar böyük pullara sahibdir. Bu da, oyunçuları cəlb etməkdə köməklik göstərir. Düzü, bu, Avropada da effekt verir. Amma bunu Premyer Liqa üçün problem kimi görmürəm. İPL istənilən halda, böyük futbolçuların oynamaq istədiyi liqadır. Səudiyyə Ərəbistanı və MLS liqası İngiltərə çempionatı ilə rəqabət apara bilməz".
saytlarin hazirlanmasi