Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" Azərbaycana gəlib.
Sportal.az xəbər verir ki, Polşa klubunu gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Bu barədə Çenstohova təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü avqustun 2-si saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Polşada keçirilən ilk oyun Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
saytlarin hazirlanmasi