"Liverpul" Fabinyonu "Əl-İttihad"a satıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayıb.
Ərəblər braziliyalının transferi üçün "Liverpul"a 46,7 milyon avro ödəyib.
"Monako" və "Real"da oynamış Fabinyo 2018-ci ildə "Liverpul”a keçmişdi. O, burada 219 matça çıxıb 11 qol vurub.
saytlarin hazirlanmasi