"Qarabağ"ın "Rakuv"la oyunöncəsi son məşqini BOS-da keçməməsinin səbəbi bəlli oldu

10:27 - 1 Avqust 2023

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında sabah "Rakuv"la üz-üzə gələcək. Ağdam təmsilçisinin oyunöncəsi son məşqi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda deyil, "Azərsun Arena"da baş tutacaq. Bu isə əbəs yerə deyil.

Sportal.az saytına verilən məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov BOS-un əsas meydançasının ot örtüyünün yüklənməməsi üçün məşqlərini "Azərsun Arena"da keçmək qərarı verib. Çünki son günlərdə onsuzda stadionun ot örtüyü yüklənməkdədir.

Belə ki, Adrian Mutunun gəlişindən sonra "Neftçi" məşqlərini BOS-un əsas meydançasında keçməkdədir. "Qarabağ"dan fərqli olaraq, "Rakuv" bu gün həmin meydanda son məşqinə çıxacaq.

Xəbər xətti