Polşa millisinin veteranı: "Qarabağ" avrokuboklarda çoxlu sürprizlər edib"

10:43 - 1 Avqust 2023

Polşa millisinin sabiq hücumçusu Vlodzimej Lyubanski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda yerli “Rakuv”un “Qarabağ” üzərində qazandığı qələbəni (3:2) şərh edib.

Sportal.az “Polskie Radio Koszalin”ə istinadən xəbər verir ki, veteran futbolçu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını xatırlayıb:

"Qarabağ" avrokuboklarda çoxlu sürprizlər edib. Ötən mövsümkü çıxışlarını da xatırlayıram. Biz çox bərk komandadan söhbət edirik. "Rakuv"un onlara qarşı oyunu həqiqətən də çox yaxşı səviyyədə keçdi. Ümumiyyətlə, artıq Avropada zəif liqadan gəlsə belə, zəif komanda yoxdur. Bütün komandalar yaxşı səviyyədədir. Ötən həftə komandalarımızın rəqiblərini gördük, onlarla bizimkilər arasında heç bir fərq yox idi. Son illərdə futbol çox dəyişib, bütün komandaların səviyyəsini eyniləşib". 

76 yaşlı veteran Polşa millisində 75 matçda 48 qol vurub. O, məşqçi kimi "Mexelen", "Lokeren" klublarını çalışdırıb.

"Qarabağ" - "Rakuv" matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:00-da start götürəcək.

Xəbər xətti