Bosniya və Herseqovina milli komandasının sabiq yarımmüdafiəçisi Seniyad İbriçiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda yerli "Jelezniçar" və "Neftçi" klubları arasında Sarayevoda keçirilmiş heç-heçəni (2:2) şərh edib.
Sportal.az xəbər verir ki, "Reprezentacija" portalına danışan veteran futbolçu "Jelezniçar"ın evdə əlverişli nəticə əldə etdiyini bildirib:
"İlk növbədə, stadiondakı ab-havanı tərifləməliyəm. Oyuna gəlincə, “Jelezniçar”ın “Neftçi” kimi möhtəşəm rəqibə qarşı yaxşı oynaması məni təəccübləndirdi. Sonda “Jelezniçar” əlverişli nəticə əldə edə bildi”.
"Hayduk”, “Lokomotiv”(Moskva), “Qaziantepspor” klublarında oynamış bosniyalı hazırda “Domjale”nin idman direktorudur.
saytlarin hazirlanmasi