Argentinalı hücumçu Auqusto Lotti karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Sportal.az "Récord"a istinadən xəbər verir ki, Meksikanın "Kruz Azul" klubunun 27 yaşlı hücumçusu tezliklə ölkəmizə gələcək.
Onun hazırkı klubu ilə 2026-cı ilin sonuna kimi müqaviləsi qüvvədədir. Amma Meksika təmsilçisi komandaya başqa legioner cəlb etmək üçün Lottini transferə çıxarıb.
Adıçəkilən forvardın "Lanus"a keçidi də gündəmdə olub. Lakin Azərbaycan klubundan təklif olması onu Argentinaya dönmək fikrindən daşındırıb. Hazırda “Kruz Azul”la klublarımızdan biri danışıq aparır.
27 yaşlı forvard “Rasinq”, “Vohlen”, “Union Santa Fe”, “Atletiko Tukuman” klublarında oynadıqdan sonra “Kruz Azul”a keçmişdi.
saytlarin hazirlanmasi