Polşa millisinin sabiq yarımmüdafiəçisi Radoslav Kalujnı "Rakuv"un Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a qalib gəlməsini (3:2) şərh edib.
Sportal.az xəbər verir ki, "Onet"ə danışan veteran futbolçu Bakıdakı görüşün "Rakuv" üçün ağır keçəcəyini bildirib:
"Qarabağ"ın bu qədər yaxşı oynayacağını gözləmirdim. Heyətində dəyişiklik olmasına baxmayaraq, bu komandanı bəyəndim. "Rakuv" da yaxşı futbol nümayiş etdirdi, qorxmadı, bərabər səviyyədə oynadı. Buraxılan iki qoldan narahatam. Çünki lazımsız idi. "Rakuv" 2:0 hesabı ilə qalib gəlməli idi, amma alınmadı. İndi həyəcanlıyam, çünki "Qarabağ" evdə çox təhlükəlidir. Gizlədəcək bir şey yoxdur, onlar istənilən komandanı evdə fərq qoymadan məğlub edirlər. Ancaq bir möcüzə həmişə baş verə bilər. "Rakuv"a uğurlar arzulayıram. Güclənirlər, yaxşı klub yaratmaq istəyirlər, vəsait ayırırlar. "Qarabağ" kimi komandanı məğlub etmək Polşa futbolu üçün yaxşı olardı".
Polşalı "Visla"(Krakov), "Enerji", "Bayer Leverkuzen", "Yagelloniya" klublarında oynayıb.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" matçı sabah keçiriləcək və 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi